Bakı, Binəqədi rayonu, Xoca-Həsən qəsəbəsi AZ1000 – ünvanda yerləşən bu məkan Restoran Motel ? yoxsa Priton?
Binəqədi rayonu Xocahəsən qəsəbəsində 3 ulduzlu sayılan “ÇİNARLI” hotelinin bu gün priton kimi fəaliyyəti barədə məlumat vermək istədik. Yaxınlıqda astanovkada dayanıb avtobus gözləyən sərnişinlər hotele girib çıxan qız və oğlanları hər gün hər saat görür. Sakinlər burda belə bir hotelin yerləşməsindən narazıdırlar.Qonağım gəlmişdi hotelə gətirdim onu bir gecəlik yerləşdirdim. Səhər tezdən qonağımın arxasınca getdim. Qonaq əsəbi və peşiman halda mənə bura haradır məni bura qoymusan səhərədək bu pozğunxanada yata bilməmişəm. Pritondur bura qız oğlan səs küy lap özümü xaricdədə təsadüf etmədiyim poqğunxanada hiss etdim.
Mən bu sözləri eşidib peşman oldum. Bunu bizə söyləyən redaksiyamıza müraciət edən bir vətəndaşdır.
Binəqədi rayonu günü- gündən inkişaf edir, gözələşir. Rayonun ərazisndə abadlıq və quruculuq işləri davam edir. Xocəsən qəsəbəsidə bu minvalla böyüyür. Sayılıb seçilən qəsəbəyə çevrilir. Lakin bu qəsəbənin girişində yerləşən Çinarlı Motel bu işlərə kölgə salır. Belə ki, hotel adıyla priton kimi fəaliyyət göstərən bu pozğunxana kimlərinsə asan qazanc makinasına çevrilib.
Qiymətlərin bahalığı bir tərəfə, xidmətin kobud və yolavermə administatordan tutmuş avsiyantlara qədər burda çalışanların özbaşnalığı höküm sürür.
Hamıya yəni bura gələnlərə üstən aşağı baxan “hotel” rəhbərliyi 4- cü hakimiyyət nümayəndəsini təhqir edərək yola salıb, ərazidən çıxardır.
Xatırlatma vermək istərdik; Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, otel və mehmanxanalarda cütlüklərdən nikah haqqında şəhadətnamənin tələb olunması qanuna zidd deyil və təhlükəsizlik məsələləri üçün vacibdir: “Bu məzmunda qayda sovet dönəmində də olub, amma nikah haqqında şəhadətnamə tələb olunmayıb. Ona görə ki, köhnə sovet pasportlarında vətəndaşın kiminlə ailəli olduğu orada qeyd edilirdi. Ona görə də ər və arvadın pasportunu təqdim etməsi kifayət idi. Hazırda isə otellərdə, istirahət mərkəzlərində əxlaqsızlıqla məşğul olanların sayı çox olduğuna görə nikah haqqında şəhadətnamənin tələb olunması normaldır. Bu qayda-qanun yaratmaqla bərabər insan alverinə qarşı mübarizə, əxlaqsızlığın qarşısının alınmasına yönəlib”. bu sözlər yəqin ki, otel və mehmanxana sahiblərinin yadındadır. Belə qaydalar tətbiq olunmasa, mehmanxanalar pritona çevrilər:
“Qonaq evləri, otellərdə anket sisteminin olması, müvafiq sənədlərin tələbi məhz xoşagəlməz halların qarşısını almaq üçündür. Bura qonağın hər hansı əşyanı ititrmə ehtimalından tutmuş, hər hansı şübhələrinə son qoymağadək bir çox məsələlər daxildir. Bütün otellərdə anket tələb olunması qaydası sovet dönəmindən var və bütün qonaqlar mehmanxanaya gəldiyi günün sonunadək qeydiyyata düşməlidir”.
Dəfələrlə hotellərdə baş verən cinayət hadisələri, içkili və ya zor tətbiq etməklə cinsi istismar faktları da bu gün gündəmdədir.
Mülki Məcəllədə mehmanaxanalarda əşyaların saxlanması ilə bağlı maddə var: “Bu isə Mülki Məcəllənin 450-ci maddəsi ilə tənzimlənir.
Hamıya bəllidir ki, bu obyektlərdə müəyyən şəxslərin əxlaqsız hərəkətlərə məşğul olması faktı var. Amma bunu aşkara çıxarmaq qanun çərçivəsində, digərlərinin də istirahət hüququnu pozmadan olmalıdır”.
Çinarlı Hotelində baş verən pozğunçuluq faktları hotelin priton kimi fəaliyyəti haqqında gördüklərimi isə tərəfimizdən qeyd edilib. Bura üz tutanların yer kimi burdan istifadə etməsi sanitar qaydalar, təhlükəsizlik və s. barədə gələn sayımızda daha ətraflı yazımız yayımlanacaq..
Bu suallarla biz Binəqədi rayon İcra Hakimiyyətinə, Binəqədi rayon Polis İdarəsinə müraciət edirik. Məsul şəxslərin mövqeyini dərc etdirməyə hazırıq.
