Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılması ilə bağlı tədbir -AZpress.AZ, Ağaddin Babayev, Lənkəran=FOTO+13

Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılması ilə bağlı tədbir -AZpress.AZ, Ağaddin Babayev, Lənkəran=FOTO+13

Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılması ilə bağlı tədbir-AZpress.AZ, Ağaddin Babayev, Lənkəran=FOTO+13

 

“Yayım” Assosiasiyası “Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılması ilə bağlı tədbirlərin təşkili” layihəsinin davamı olaraq tədbirlərini davam etdirir

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində daha bir tədbir Lənkəran rayonundakı Mamusta kənd mədəniyyət evində reallaşıb.

 

AZpress.AZ xəbər verir ki, Lənkəran İcra Hakimiyyəti başçısının Mamusta kənd ərazi nümayyəndəsi Cavad Şahbazovun, Mamusta bələdiyyəsinin sədri Kazım Fətullayevun, Qarabağ Veteranları Cəmiyyəti Lənkəran bölməsinin sədri Saleh Dostiyevin, Çernobl Əlilləri İctimai Birliyinin Lənkəran rayon təşkilatının sədri Azad Ağayevin, Şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynovanın, şəhid Afərin Qulamzadənin anası Təranə Qulamovanın, şəhid Famil Hüseynovun atası Ağaverdi Hüseynovun, rayonun tanınmış yazıçı və şairlərin KİV nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan “Yayım Assosiasiyası” İctimai Birliyinin sədri, “Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılması ilə bağlı tədbirlərin təşkili” layihəsinin rəhbəri Yaşar Zeynalov həyata keçirilən layihənin mahiyyəti, qaldırılan problemin həlli istiqamətində gənc nəslin rolu barədə məlumat verib.

 

Natiq ölkə Pprezidenti, Ali Baş Komandan İlham Əliyevin, dünya şöhrətli, tanınmış şəxsiyyətlərin çıxışlarından sitatlar gətirərək kitabın, mütaliənin insan şüurunda müsbət irəliləyişlərin yaranmasına səbəb olmasını qeyd edib. Layihə rəhbəri çıxışı zamanı kitabların gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına mühüm təsir göstərdiyini, onların dünyagörüşünü zənginləşdirdiyini, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərini aşıladığını vurğulayaraq, müasir dövrdə cəmiyyətimizdə mütaliə mədəniyyətinin inkişafının xüsusi önəm daşıdığını vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona bölməsinin sədr müaviniAğamir Cavad cari ilin əvvəlindən bu layihədə yaxından iştirak etdiklərini və cənub bölgəsinin bütün yaarlarını yazıçı-oxucu görüşlərinə cəlb edəcəklərini bildirib. Aqillərin kitabı bilik, zəka, idrak mənbəyi, kamillik vasitəsi hesab etdiyini xatırladan A.Cavad, kitab oxumağın insanın ruhunu qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran çox əhəmiyyətli bir vasitə olduğunu deyib.

 

Daha sonra şairlərdən Mübariz Süleymanlı, Ziyafət Yəhya, Əhməd Haqsevər, Kamran Bağırlı kitab oxumaqla bağlı tövsiyələrini bildiriblər, aqillərdən sitatlar gətiribər, Vətənə, Qaravağa və digər mövzulara aid yeni şeirlərini oxuyublar.

 

Yazarlardan sonra qonaqlara dərin təşəkkürlərini bildirən tədbirin təşkilatçısı, şəhid Famil Hüseynov adına Mamusta Folklor Evinin direktoru Nurlana İbrahimova, Kənd Ağsaqqallar Şurasının sədri Mirzağa Qurbanov, şəhid anaları Sevil Hüseynova və Təranə Qulamova larında kitab oxumağın vacib olduğiunu qeyd edərək belə bir tədbirin Mamusta kəndində keçirildiyinə görə Yayım Assosiasiyası İctimai Birliyinin sədri Yaşar Zeynalova və digər qonaqlara minnətdarlıqlarını bildiriblər.

 

Tədbir zamanı Yayım Assosiasiyası tərəfindən hər bir iştikakçıya kitab və Yeni Nəşrlər kitab-kataloqu hədiyyə edilib.

 

Tədbir şirniyyat və çay süfrəsi ətrafında davam edib.
Sonda xatirə şəkili çəkilib.

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020