“SəhnədəSƏN!” layihəsində mötəşəm final +FOTO
Bu xəbəri paylaş
“SəhnədəSƏN!” layihəsində mötəşəm final
Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” qrant müsabiqəsinin qalibi Turqut Məsimlinin layihəsi iştirakçılar tərəfindən hazırlanan səhnəciklərlə başa çatıb.
Təlimçi Asim Əmirov sonuncu təlimdə aktyor sənəti, peşəkar vərdişlər ilə bağlı məlumat verib. Səhnə vərdişlərinin müxtəlif növləri ilə praktik olaraq tanış olan iştirakçılar məşq prosesində üstünlük verilən hərəkətləri təkrarlayıb. Komanda şəklində və fərdi olaraq hazırlanan səhnəcikləri nümayiş etdirən gənclər təlimlər zamanı öyrəndikləri bilik və bacarıqları tətbiq edərək öz istedadlarını göstərib.
Layihə çərçivəsində gələcək karyeralarında səhnədə tamaşaçı qarşısında çıxış etmək üçün ilkin nəzəri və praktik bilik və bacarıqlar qazanan gənclər professional səhnə həyatına ilk addımlarını atıb.
Layihənin əsas məqsədi gəncləri Azərbaycan teatr tarixi ilə yaxından tanış etmək, teatrımızın yaxın və uzaq keçmişini, tanınmış xalq artistlərini, görkəmli aktyor və sənətkarlarımızı, eləcə də incəsənət xadimlərimizin teatr həyatındakı əvəzsiz rollarını gənclərə çatdırmaq, region gənclərinin teatr sənətinə olan maraq dairəsini genişləndirmək, istedadlı gəncləri üzə çıxartmaq, teatr sənətinin incəlikləri, teatr texnikaları, səhnə mədəniyyəti, obraz yaratmaq metodları, diksiya ilə bağlı gəncləri məlumatlandırmaqdır.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)