Əngəlsiz İNCƏsənət layihəsi uğurla yekunlaşıb +FOTO=16

“Əngəlsiz İNCƏsənət” layihəsi uğurla yekunlaşıb +FOTO=16

“Əngəlsiz İNCƏsənət” layihəsi uğurla yekunlaşıb

 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Əngəlsiz İNCƏsənət” layihəsi başa çatıb.

Yeniyetmə və gənclər arasında gənc istedadların, onların bacarıqlarının üzə çıxarılması, onların incəsənətin hansı qolunu seçməsindən asılı olmayaraq lazımı istiqamətlərin verilməsi, seçdikləri istiqamətdə keçirilən təlim və müsabiqələrdə özlərini doğrultması istiqamətində töhvə verməyi qarşıya məqsəd qoyan layihədə orta məktəb şagirdləri, universitet, kollec tələbələri, həmçinin xüsusi qayğıya ehtiyacı olan gənclər iştirak edib.

Layihə çərçivəsində iştirakçılar incəsənətin qolları, rənglərin ahəngi haqqında məlumatlar əldə ediblər. Fərdi və komanda işi zamanı istədikləri mövzuda rəsm çəkən gənclər istifadə etdikləri rənglərin mənalarını izah ediblər. Həmçinin rənglərin həyatımıza təsirləri haqqında müzakirələr aparılıb. Sonda iştirakçılar layihədə fəal iştirak etdikləri üçün sertifikatla təltif ediliblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020