AzerGold : Adımızdan saxta reklam kampaniyaları təşkil olunaraq fişinq hücumları həyata keçirilir

“AzerGold”: Adımızdan saxta reklam kampaniyaları təşkil olunaraq fişinq hücumları həyata keçirilir

“AzerGold”: Adımızdan saxta reklam kampaniyaları təşkil olunaraq fişinq hücumları həyata keçirilir 

 

Son günlər “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) adından istifadə edilməklə yenidən saxta reklam kampaniyaları təşkil olunaraq fişinq hücumları həyata keçirilir. “AzerGold” QSC-nin əmtəə nişanından istifadə edilməklə müxtəlif internet resursları, o cümlədən sosial şəbəkə platformaları vasitəsilə müxtəlif “investisiya” layihələrinə dəvətlər edilir.

Diqqətə çatdırırıq ki, dövlət şirkətinə olan etibardan, həmçinin Səhmdar Cəmiyyətin işgüzar nüfuzundan sui-istifadə edilməklə həyata keçirilən kibercinayət aktları vətəndaşların maliyyə xarakterli fərdi məlumatlarını əldə etmək niyyəti ilə həyata keçirilir. “AzerGold” QSC-nin fəaliyyəti, həmçinin investisiya layihələri ilə bağlı məlumatları şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq üçün təqdim edilən keçidlərə daxil olmamağı tövsiyə edirik.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020