Buxara Dövlət Universitetinin rektoru BDU-da +FOTO

Buxara Dövlət Universitetinin rektoru BDU-da +FOTO

Buxara Dövlət Universitetinin rektoru BDU-da

 

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistan Respublikasının Buxara Dövlət Universitetinin rektoru Obidjon Xamidovla görüşüb. Görüşdə ötən ilin sentyabrın 7-də BDU ilə Buxara Dövlət Universiteti arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi məqsədilə imzalanan tərəfdaşlıq müqaviləsində nəzərdə tutulan işlərin gedişi müzakirə olunub. Rektor Elçin Babayev qonağa BDU-nun “Tədqiqat universiteti” statusu almağa hazırlaşdığını, Universitetin beynəlxalq əlaqələrinin ötən müddət ərzində daha da genişləndiyini, müxtəlif ölkələrlə ikili diplom proqramlarının sayının 10-a çatdığını bildirib. BDU-da yeni yaradılan elmi-tədqiqat laboratoriyaları, elmi mərkəzlər və Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi barədə məlumat verib.
Buxara Dövlət Universitetinin rektoru Obidjon Xamidov təlim-tərbiyə və tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasın məqsədilə təcrübə mübadiləsinin önəmli olduğunu qeyd edib, tarix və arxeologiya sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Daha sonra Obidjon Xamidov BDU-nun infrastrukturu ilə tanış olub. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020