Ağdamda Şəhidlər xiyabanına yürüş keçirilib Minə Türksoy (AZ-press.AZ)

Ağdamda Şəhidlər xiyabanına yürüş keçirilib Minə Türksoy (AZ-press.AZ)

Ağdamda Şəhidlər xiyabanına yürüş keçirilib Minə Türksoy (AZ-press.AZ)

 

20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib.​

 

Yürüşdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və nümayəndəliyin əməkdaşları, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru və qurumun nümayəndələri, hərbçilər, şəhid ailələri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Ağdam ərazisində çalışan şirkət və qurumların işçiləri iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin Qərargahından başlayan yürüşdə ziyarətçilər ilk öncə Şəhidlər xiyabanına getmiş, şəhidlərin ruhlarına dualar oxunmuş, məzarlarına gül dəstələri qoyulmuş və şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonda Xüsusi Nümayəndə Emin Hüseynov çıxış etmişdir.

AZpress AZ.Minə Türksoy. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020