GÜLAĞA TƏNHA: MƏNƏ YAR OLMAZ
Bu xəbəri paylaş
GÜLAĞA TƏNHA:
MƏNƏ YAR OLMAZ
Sevmərəm dünyada mən hər gözəli,
Hər gözəl üzlüdən mənə yar olmaz.
Yerişi şux gərək, sözü məzəli,
Bir acı sözlüdən mənə yar olmaz.
Qadın gözəlliyi – onun ürəyi,
Onun şirin dili – duzu-çörəyi,
Dar gündə ərinin olsun dirəyi,
Gərəksiz nazlıdan mənə yar olmaz.
Gözəllik – çoxunda gözəl bir tələ,
Budaqdan budağa tullanan dələ.
Sevgisi köç edən ürəkdən dilə,
Ürəyi buzludan mənə yar olmaz.
Gülağa, bivəfa bayquş tək olar,
Özü öz qəlbini odlara salar.
Eşqilə oynayar, özü mat qalar,
Hiyləgər gözlüdən mənə yar olmaz.
Bakı, iyul, 1992
Bu xəbəri paylaş
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA
(İsmayılova Xeyransa Eldəniz qızı)
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp: https://wa.me/994515203020
e-mail: azpressmedia@gmail.com