GÜLAĞA TƏNHA: MƏNİM ÜRƏYİM
Bu xəbəri paylaş
GÜLAĞA TƏNHA:
MƏNİM ÜRƏYİM
Ağır-ağır qar yağır;
Yenə qışdı, sazaqdı.
Nə olsun ki, ünvanım
Kimiyə çox yaxındı,
Kimiyə çox uzaqdı…
Qəhər üzülən deyil
Dünyanın yaxasından.
Neçə vaxtdı ürəyim
Kimiyə ev-eşikdi,
Kimiyə qara zindan…
Yox, yox, dondura bilməz
Bu yağan qar ağacı.
Mən Tənhayam…
Ürəyim
Kimiyə var ağacı,
Kimiyə dar ağacı…
Fevral, 2008
Bu xəbəri paylaş
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA
(İsmayılova Xeyransa Eldəniz qızı)
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp: https://wa.me/994515203020
e-mail: azpressmedia@gmail.com