Media Menecmenti təlimlərinə başlanıldı

“Media Menecmenti” təlimlərinə başlanıldı

“Media Menecmenti” təlimlərinə başlanıldı 

 

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 3 moduldan ibarət olan “Media Menecmenti” təlimlərinə başlanılıb


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 3 moduldan ibarət olan “Media Menecmenti” təlimlərinə başlanılıb.

Açılış nitqi ilə çıxış edən Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, rəqəmsal media bacarıqlarının təkmilləşdirilməsinə, media subyektlərinin idarə edilməsində müasir üsul və alətlərin tətbiqi imkanlarının öyrənilməsinə istiqamətlənən bu növ layihələr media menecerlərinin potensialının gücləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

 

“Çap mediasının menecmenti” mövzusunda keçirilən birinci modulda Litvanın Baş nazirinin mədəniyyət üzrə ictimai müşaviri, inkişaf və innovasiyaya verdiyi töhfəyə görə iki dəfə regionun ən yaxşı marketinq direktorlarından biri seçilmiş Ornela Ramasauskaite çıxış edib.

 

O, iştirakçılara “Çap mediası subyektlərinin idarə olunması: ənənəvi və müasir dövrdə üsul və alətlər”, “Rəqəmsal media ilə abunəlik modeli”, “Media subyektlərində brendinq, reputasiya və redaksiya üslubunun yaradılması”, “Çap mediasında müasir dizayn üslubları” və s. kimi mövzularda təlim keçib, qeyd olunan istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.

Dekabrın 29-na qədər 60-dan çox media menecerinin iştirakı ilə davam edəcək “Media Menecmenti” təlim proqramının əsas məqsədi ənənəvi və rəqəmsal media ilə işləyərək daha keyfiyyətli məzmunun yaradılmasına, jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsinə, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsinə töhfə verilməsidir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020