İnnoMEDİA layihəsinin bağlanış mərasimi keçirilib

“İnnoMEDİA” layihəsinin bağlanış mərasimi keçirilib

“İnnoMEDİA” layihəsinin bağlanış mərasimi keçirilib 


“İnnoMEDİA” layihəsi çərçivəsində “Araz FM” radiosunun musiqi redaktoru, aparıcı Elnarə Sadıqova ilə “Yeni audiovizual tendensiyalar” mövzusunda seminar baş tutub.

 

Elnarə Sadıqova iştirakçılara müasir dövrdə istehlakçıların tələblərinə cavab verən kontentlərin hazırlanması, yeni rəqəmsal alətlərdən istifadə edərək dinləyici kütləsinin artırılması, radionun üstünlükləri haqqında danışıb.

Sonda interaktiv müzakirə sessiyaları olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

“İnnoMEDİA” layihəsinin bağlanış mərasimində çıxış edən Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli texnologiyanın inkişafı ilə dinamik dəyişən media sahəsində yeni tendensiyalarla bağlı xarici bilik və təcrübələrin öyrənilməsinin və tətbiqinin vacibliyini vurğulayıb.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

 

“İnnoMEDİA” layihəsinin əsas məqsədi jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsi, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsi, şəbəkələşmə mühitinin üstünlüklərindən yararlanaraq kommunikasiya əlaqələrinin qurulması və inkişaf etdirilməsi, rəqəmsal media ekosisteminin inkişafına töhfə verilməsidir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020