Fikrət Əmirov 100 Gənc Pianoçuların Respublika Müsabiqəsinin açılışı keçirildi Nəriman İsmayılov (AZ-press.AZ) +FOTO=10

“Fikrət Əmirov 100” Gənc Pianoçuların Respublika Müsabiqəsinin açılışı keçirildi Nəriman İsmayılov (AZ-press.AZ) +FOTO=10

“Fikrət Əmirov 100” Gənc Pianoçuların Respublika Müsabiqəsinin açılışı keçirildi Nəriman İsmayılov (AZ-press.AZ) +FOTO=10


24 dekabr 2022-ci il tarixində  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Fikrət Əmirovun  100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində “Fikrət Əmirov 100” Gənc Pianoçuların Respublika Müsabiqəsinin açılışı və kiçik  yaş qrupu üzrə əsas dinləyişi, 27 dekabr tarixində isə  böyük  yaş qrupu üzrə müsabiqənin əsas dinləyişi keçirildi.

 

“Fikrət Əmirov- 100” Gənc pianoçuların  Respublika Müsabiqəsinin bədii rəhbəri Azərbaycan və SSRİ-nin Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli,

 

Münsiflər heyətinin sədri-Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Murad Adıgözəlzadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi professor Nərminə Quliyeva, Azərbaycan Respublikasının Xalq artisti, professor Ülviyyə Hacıbəyova, baş müəllim Zərif Kərimova, münsiflər heyətinin üzvü və Təşkilat komitəsinin sədri Azərbaycan Respublikasının Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova, təşkilat komitəsinin üzvləri isə Xarici tələbələrlə iş üzrə şöbənin müdiri Röya Hüseynova və xarici tələbələrlə iş üzrə şöbənin mütəxəssisi, baş müəllim Günel Eyvazzadədir.
Ölkə üzrə müxtəlif şəhər və rayonlardan müsabiqəyə qatılan iştirakçılar 29 dekabrda sertifikatlarla təltif olundular:
Böyük yaş qrupu üzrə LAUREAT I YER- Əbdüləli Hüseynli, Ayla Həsənova, Nəzrin Qulamova;
LAUREAT II YER- Əsmər Alxazova, Faida Hüseynova, Məryəm Vəliyeva; LAUREAT III YER- Selcan Alimova, Leyla İsgəndərova; DİPLOMANT- Rəhimə Axundova, Zəhra Cavadzadə; Kiçik yaş qrupu üzrə LAUREAT I YER- Cəmil Sədizadə, Nuranə Salamova; LAUREAT II YER- İnci Həsənli, Ayşən Uğurluyeva, Fərid Zeynalov; LAUREAT III YER- Malik Qədimzadə, Arslan Vəliyev, İnci Abbasova DİPLOMANT- Siyasət Talıbov, Hüseyn Quliyev; Aysel Rəhimli  isə səhnə mədəniyyətinə görə xüsusi diplom ilə təltif olundu.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020