BDU-da "Kəlağayı tariximiz, mədəniyyətimiz, yaraşığımızdır!" adlı tədbir keçirilib +FOTO=5

BDU-da "Kəlağayı tariximiz, mədəniyyətimiz, yaraşığımızdır!" adlı tədbir keçirilib +FOTO=5

BDU-da "Kəlağayı tariximiz, mədəniyyətimiz, yaraşığımızdır!" adlı tədbir keçirilib

 

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində "Kəlağayı tariximiz, mədəniyyətimiz, yaraşığımızdır!" mövzusunda tədbir keçirilib.

 

Biologiya fakültəsinin dekanı Afət Məmmədova qeyd edib ki, milli dəyərlərimizdən olan kəlağayı gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə odlar yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrindən olduğu beynəlxalq səviyyədə təsdiq edilib. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

 

Botanika və bitki fiziologiyası kafedrasının dosenti Sevda Tahirli “Azərbaycan xanımının bəzəyi- kəlağayı” adlı çıxışında kəlağayıların yaranması, ornamentləri, müxtəlif dövrlərdə istifadə qaydası, ipəkçiliyin tarixi, inkişafı və s. ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

 

BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının doktorantı Aynurə Qurban, Botanika və bitki fiziologiyası kafedrasının müəllimi Nigar Alıyeva isə çıxışlarında xalq yaradıcılığında kəlağayının tərənnümü barədə danışıb, bu kimi tədbirlərin tələbələrin milli ruhunun yüksəldilməsində böyük rolunu qeyd ediblər.

 

Tədbirin sonunda tələbələr Kəmaləddin Hüseynov və Ayxan Məmmədov kəlağayı haqqında müxtəlif şeir və mahnılar ifa ediblər.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020