Gülağa Tənha: ÖZÜ ÜRƏYİNDİ SƏNİN

Gülağa Tənha: ÖZÜ ÜRƏYİNDİ SƏNİN

Gülağa Tənha:  

ÖZÜ ÜRƏYİNDİ SƏNİN

 

Doğma kəndim Ərkivana

Dağı – göylərin dayağı,

Çəməni, düzü – oylağı.

Qoyma sönə bu ocağı,

Közü ürəyindi sənin.



Qıyma ki, vüqarı sına,

Həsrətdən odlanıb yana.

Can sadağa Ərkivana,

Sözü gərəyindi sənin.


Meyl salma yad elinə,

Düşərsən həsrət selinə.

Adı duadı dilinə,

Özü ürəyindi sənin.


Mart, 1991

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020