İsrailin məşhur pianoçusu ustad dərsləri keçib Nəriman İsmayılov (AZ-press.AZ) +FOTO=6

İsrailin məşhur pianoçusu ustad dərsləri keçib Nəriman İsmayılov (AZ-press.AZ) +FOTO=6

İsrailin məşhur pianoçusu ustad dərsləri keçib Nəriman İsmayılov (AZ-press.AZ) +FOTO=6

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti üçün ixtisasartırma məqsədilə İsrailin məşhur pianoçusu, Beynəlxalq müsabiqələr laureatı, bəstəkar, mühazirəçi İlana Zalka-Rubinşteyn dəvət olunmuşdur.

 

Bu məqsədlə 23 noyabr 2022-ci il tarixində Bakı Musiqi Akademiyasında İlana Zalka-Rubinşteyn
“Нам музыка расскажет о любви” mövzusunda mühazirə və ustad dərslər keçirmişdir.

 

Mühazirəyə başlamadan öncə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonaqları salamlayıb, tanınmış pianoçu İlana Zalka-Rubinşteyni tamaşaçılara təqdim etdi.O da öz növbəsində təşəkkürünü bildirərək, Bakıya gəlişindən çox məmnun olduğunu və azərbaycanlılara böyük rəğbət bəslədiyini bildirdi.
İlana xanım mühazirə zamanı müxtəlif dövrlərin məşhur bəstəkarlarının yaradacılığına toxunaraq, həmçinin həmin görkəmli musiqiçilərin əsərlərindən ifa edib, dinləyicilərə təqdim etdi.

 

İ.Rubinşteyn İohan Sebastiyan Bax, Feliks Mendelson, Volfqan Amadey Mosart, Friderik Şopen, Robert Şuman, Rixard Vaqner kimi bəstəkarların yaradıcılığının üslüb xüsusiyyətləri haqqında məlumat verərkən, hər üsluba məxsusi yanaşıb, onları əsərlərin ifasında təsvir edirdi.

 

Sonda İlana xanım özünün qələmə aldığı "Nokturn" əsərini ifa etdi və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020