Respublika Gənclər Debat Forumu - 2022 layihəsinin final və bağlanış mərasimi keçirilib Rüstəm İsmayılov (AZ-press.AZ) +FOTO=11

“Respublika Gənclər Debat Forumu - 2022” layihəsinin final və bağlanış mərasimi keçirilib Rüstəm İsmayılov (AZ-press.AZ) +FOTO=11

“Respublika Gənclər Debat Forumu - 2022” layihəsinin final və bağlanış mərasimi keçirilib  Rüstəm İsmayılov (AZ-press.AZ) +FOTO=11

 

Azərbaycanın 2022-ci il Gənclər paytaxtı olan Tovuz şəhərində keçirilən mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rəsmi qonaqlar, “Vətən müharibəsi” qaziləri və debatçı gənclər iştirak ediblər.

 

Final mərhələsində Bakı şəhərini təmsil edən “Hələ də ehtimal var” (Azərbaycan Memarlıq və İnşaat Universitetinin debat klubu) və Şirvan şəhərini təmsil edən “Megalodon” (Şirvan debat klubu) komandaları debat aparıblar, hakimlərin qərarına əsasən, Bakı şəhərini təmsil edən “Hələ də ehtimal var” komandası qalib elan olunub. Debat Forumun ən yaxşı məşqçisi Nofəl Məmmədov, ən yaxşı hakimi isə Elşən Tağıyev seçiliblər.

 

Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin aparıcı və ən kütləvi proqramlarından biri olan “Milli Debat Proqramı” respublikanın 45 rayonu və böyük şəhərlərini əhatə etməklə, Bakı şəhəri və 13 regional nümayəndəlik, 60-dan çox debat klubunu özündə birləşdirir. Bu günədək Milli Debat Proqramı çərçivəsində həyata keçirilən layihə, tədbirlərdə 50 000-dən artıq gənc iştirak edib, maariflənib.


#AzərbaycanGəncləri #Gənclərİdman

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020