İlham Əliyev Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və Milorad Paviçin abidələrini ziyarət edib +FOTO=8

İlham Əliyev Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və Milorad Paviçin abidələrini ziyarət edib +FOTO=8

İlham Əliyev Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və Milorad Paviçin abidələrini ziyarət edib 

 

Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib.

 

Dövlətimizin başçısı abidələrin önünə əklil qoydu.

 

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin Taşmaydan parkında ucaldılmış abidəsinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə olub.

 

Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin abidəsinin paytaxt Belqradın Taşmaydan parkında ucaldılması ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020