Ağcabədidə şəhid Ömər Rəhimlinin anım günü keçirildi Mais İbrahimov (AZ-press.AZ) +FOTO=43

Ağcabədidə şəhid Ömər Rəhimlinin anım günü keçirildi Mais İbrahimov (AZ-press.AZ) +FOTO=43

Ağcabədidə şəhid Ömər Rəhimlinin anım günü keçirildi Mais İbrahimov (AZ-press.AZ) +FOTO=43
 

Ömər Rəhimli 2002-ci il fevralın 1-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun 5 aylıq əsgəri olan Ömər Rəhimli torpaqlarımızın azadlığı üçün başlanan Vətən müharibəsində qəhrəmanlıq göstərib. Cəbrayılın, Qubadlının, Laçının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda mərdliklə savaşıb.

 

Şuşa şəhərinin Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə fərqlənib. Noyabrın 9-da isə Şuşa uğrunda gedən gərgin döyüşlər zamanı yaralanıb.

 

Şəhidimiz noyabrın 22-də, 18 yaşında şəhidlik zirvəsinə ucalıb. Doğulduğu kəndin qəbiristanlığında dəfn olunub.

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən Ömər Rəhimli ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, noyabrın 22-də Ömər Rəhimlinin anım mərasimi keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhidin doğmaları, digər şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak etdilər.

 

Mərasimdə çıxış edən rayon rəhbəri Rafil Hüseynov Vətən müharibəsi zamanı qəhrəman Vətən oğullarının göstərdiyi şücaətdən söz açdı.

 

Ölməz Vətən oğlunun ruhuna dualar oxundu.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020