Ağcabədidə şəhid Həsən Quliyevin anım mərasimi keçirildi Mais İbrahimov (AZ-press.AZ) +FOTO=20

Ağcabədidə şəhid Həsən Quliyevin anım mərasimi keçirildi Mais İbrahimov (AZ-press.AZ) +FOTO=20

Ağcabədidə şəhid Həsən Quliyevin anım mərasimi keçirildi Mais İbrahimov (AZ-press.AZ) +FOTO=20

 

Vətənimizi vətən edən,bu amal uğrunda canından keçən qəhrəmanlarımızdan biri də Quliyev Həsən Adışirin oğludur.

 

Həsən Quliyev 1996-cı il oktyabrın 11-də Ağcabədi rayonunun Sarvanlar kəndində anadan olub.2003-2014 -cü illərdə Kürdlər kənd məktəbində təhsil alıb.

 

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tabeçiliyində Naxçıvan əlahiddə Sərhəd Diviziyasının ”

 

N ” saylı hərbi hissəsində xidmət edib.
Hərbi xidmətini başa vurduqdan sonra vətənə olan sevgisi onu ordu sırasında müddətdən artıq xidmət etməyə sövq edib.

 

Azərbaycan ordusunun əsgəri olan Həsən Quliyev vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Zəngilanın , Qubadlının və Xocavəndin azadlığı uğrunda qəhrəmancasına savaşıb.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, noyabrın 9-da Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlər zamanı şəhadətə ucalıb . Sarvanlar kənd qəbiristanlığında dəfn olunub.
O, ailəli olub, özündən sonra vətənə əmanət iki azyaşlı övladı qalıb.

 

Həsən Quliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda” ,” Füzulinin azad olunmasına görə” , ” Döyüşdə fərqlənməyə görə” ,” Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Noyabrın 21-də şəhidimizin anım mərasimi keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, hüquq -mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin rəisi, rayon icra hakimiyyətinin məsul işçiləri , şəhidin doğmaları, digər şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak etdilər.

 

Mərasimdə çıxış edən rayon rəhbəri Rafil Hüseynov haqq savaşımızda Ali Baş Komandanın rəhbərliyi ilə vətənimizin mərd oğullarının göstərdiyi qəhrəmanlıqlardan söz açdı.
Ölməz vətən oğlunun ruhuna dualar oxundu.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020