COĞRAFİYA İNSTİTUTUNDA QAZAXISTANLI ALİMLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB +FOTO=15

COĞRAFİYA İNSTİTUTUNDA QAZAXISTANLI ALİMLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB +FOTO=15

COĞRAFİYA İNSTİTUTUNDA QAZAXISTANLI ALİMLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB 

 

Ar Elm Və Təhsil Nazirliyinin akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda Abay adına Qazaxıstan Pedaqoji Universitetinin coğrafiyaçı alimləri ilə görüş keçirilib. bildirən

 

İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov qazax həmkarlarını Bakıda salamlamaqdan məmnunluğunu bildirib onları tədbirdə iştirak edən alimlərlə tanış edib. Qeyd edilib ki, Qazaxıstan və Azərbaycanın coğrafiya institutları arasında imzalanmış memoranduma əsasən tərəflərin qarşılıqlı elmi yaradıcılıq fəaliyyəti uzun illərdir ki, uğurla davam edir.

 

Baş direktor İnstitut barədə qonaqlara qısaca məlumat verdikdən sonra Bakıda olduğuna və həmkarları ilə görüşə görə sevincini bildirən Qazaxıstan Milli Pedaqoji Universitetinin (QMPU) Təbiət Elmləri və Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru, professor Kulyaş Kaymuldinova qazax həmkarlarını iclas iştirakçılarına təqdim edib. Azərbaycana gəlməklərinin səbəbini açıqlayan Kulyaş xanım bildirib ki, əsas səbəb elm-təhsil xətti ilə “Davamlı inkişaf aspektləri üzrə təlim və yenidən hazırlıq” layihəsi çərçivəsində görülən işlərlə əlaqədardır. Universitet barədə böyük həvəslə məlumat verən direktor işlədiyi müəssisənin reytinqli dünya universitetləri sırasında yer aldığını, hazırda İnstitut əməkdaşlarının yaxşı maliyyələşdirilən 7 qrant layihəsi üzərində işlədiyini, müəssisənin lazım olan avadanlıqlarla tam təmin olunduqlarını, bir sıra ixtisaslar üzrə Universiteti bitirən məzunların 100% işlə təmin olunduqlarını diqqətə çatdırıb.

 

Vaxtılə doktorluq dissertasiyasını Azərbaycan Coğrafiya İnstitutunda müdafiə edən QMPU-nun rofessoru Bahadurxan Abdumanapov İnstitutun doktoranturasına qəbul qaydaları, təhsil proqramları, Tələbələrə Xidmət Rəqəmsal Mərkəzinin fəaliyyəti, Universitetdə müəllim və tələbələrə yaradılan imkanlar, məktəblərdə coğrafiya fənninin tədrisi, dərsliklərin hazırlanması, ali məktəbə hazırlıq və müəllimlərin işə qəbulu, distant və onlayn formatda aparılan təhsil, Xəzər dənizinin öyrənilməsi, Türkdilli universitetin yaradılması və s haqqında geniş məlumat verib.

 

QMPU-nun elmi işlər və beynəlxalq əməkdaşlıq üzrə direktor müavini, dosent Karlıqaş Muzdıbayeva İnstitutun müəllimi, dosent Nurjanat Şakirova ilə birlikdə noyabrın 24-də Almatıda “Davamlı İnkişafın təbiət elmləri, təhsil və elm paradiqmaları” mövzusunda onlayn formatda keçiriləcək Beynəlxalq Elmi Gənclik Forumu haqqında danışıb, azərbaycanlı həmkarlarını tədbirdə fəal iştirak etməyə dəvət edib.

 

C.e.d. Sitarə Tarixazər, elmi katib, c.ü.f.d. Zərnurə Həmidova, mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev çıxış edərək Coğrafiya İnstitutu ilə QMPU-nun Təbiət Elmləri və Coğrafiya İnstitutu arasındakı əməkdaşlıq əlaqələrinin hər iki müəssisə üçün müsbət nəticələr verəcəyinə əminliklərini ifadə ediblər.

 

Görüşdə kitab mübadiləsi aparılıb. Qazax coğrafiyaçılarına “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin rus dilinə tərcümə olunmuş 2 cildi hədiyyə edilib. Qonaqlar öz növbəsində özləri ilə gətirdikləri Coğrafiya dərsliklərini İnstitut rəhbərinə təqdim ediblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020