Faiq İsmayılov: Rus sülhməramlıların nəzarətində olan ərazilərdə abidələr mənimsənilir

Faiq İsmayılov: Rus sülhməramlıların nəzarətində olan ərazilərdə abidələr mənimsənilir

Faiq İsmayılov: Rus sülhməramlıların nəzarətində olan ərazilərdə abidələr mənimsənilir

 

Rusiya Sülhməramlılarının nəzarəti altında olan Xocavənd rayonunun Şıx Dursun kəndi ərazisindəki məbəd üzərində ermənilər tərəfindən ciddi dəyişikliklər  aparılır.  Beləki abidə üzərindəki daş kitabələr və ornamental oymalar dəyişdirilir, abidənin orginal formasından məhrum edilərək mənimsənilir.

 

 

Məbəd yonulmamış pud daşlar və əhəng məhlulu ilə tikilmiş, memarlığın bazilika tipinə uyğun birnefli binadır. Binanın şərq və qərb tərəfə açılan iki pəncərəsi var. Abidənin giriş qapısı qərb tərəfə açılır, qapının pəncərələrin ətrafı, tağlar  və künc divarları yonulmuş və cilalanmış əhəng daşları ilə tikilmişdir.  Abidənin tavanı ikiqat hörülmüş kobud daşlarla bağlanıb. Abidə dini xarakterli tikinti olmayıb. Sovet dövrü abidədən Şıx Dursun kəndinin ərzaq anbarı kimi istifadə olunub.

 

 

 

Abidənin giriş qapısının üstü və tavanının şimal və cənub  tərəflərinin bir hissəsi birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən dağıdılmışdır. Hal-hazırda abidə istifadəyə yararsız vəziyyətdədir. 2021-ci ildə qapının üstündəki daş kitabə, daxildəki divarlardakı taxçaların ətrafı sökülərək yenilənmişdir.  

 

Şıx Dursun kəndi,  Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsinə aiddir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Sıxtoraşen kəndi Şıx Dursun kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şıx Dursun kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.

 

 

 

 Faiq İsmayılov. 

AMEA A.Bakıxanobv adına Tarix İnstitutunun əməkdaşı.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020