Fransa senatında qəbul edilən qətnamə, Azərbaycanda etiraz dalğası yaratdı

Fransa senatında qəbul edilən qətnamə, Azərbaycanda etiraz dalğası yaratdı

Fransa senatında qəbul edilən qətnamə, Azərbaycanda etiraz dalğası yaratdı 

 

Fransa Senatında Azərbaycana qarşı qəbul edilmiş qətnamə ilə bağlı, Azərbaycan Nazirlər kbinetinə, Azərbaycan Milli Məclisinə, Azərbaycanın Xarici işlər Nazirliyinə, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai birliyinin


MÜRACİƏTİ

 

15 noyabr 2022-ci il tarixində Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə Fransa Hökumətinin qanunazidd əməli kimi qiymətləndirilməli və Azərbaycan Hökuməti tərəfindən dərhal adekvat cavab verilməlidir.

 

Erməni diasporunun sifarişi ilə hazırlanan qətnamə tamamilə həqiqətdən uzaq, yalan və iftira dolu müddəalarla açıq təxribat xarakterlidir və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə zərbə vurmaq məqsədi daşıyır.

 

Öz xalqının Dövlət mənafelərini erməni marağına qurban verən Fransa Senatı, qəbul etdiyi bu qətnamə ilə, Ermənistanın 30 illik Azərbaycan ərazilərinin işğalı zamanı bir milyondan çox azərbaycanlılara qarşı törədilən cinayətlərə, vandalizm aktlarına , etnik təmizləmələrə, dəyəri yüz milyardlarla ölçülən talanlara, itki və təlafatlara görə Ermənistanla şərik olduğunu nümayiş etdirir.

 

Senat tərəfindən qəbul edilən və hər hansı hüquqi qüvvəyə malik olmayan bu qətnamə, əslində Fransanın Azərbaycana qarşı növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir. Qətnamədə qeyd edilən və reallıqlardan uzaq iddialar onun müəlliflərinin tarixi faktlardan, BMT və digər Beynəlxalq qrumların işğal dövrü qəbul etdikləri qərar və qətnamələrdən və bölgədəki hazırkı vəziyyətdən xəbərsiz olmalarını göstərir.

 

Qətnamədə “Dağlıq Qarabağ” adlı hansısa qondarma qurumun adının çəkilməsi, heç bir hüquqla tənzimlənmir, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Qarabağ regionu Azərbaycanın ayrılmaz tərkib hissəsidir, orada məskunlaşan erməni vətəndaşlarımızın hüquqları Azərbaycanın Konstitutsiyası ilə tənzimlənir.

 

Azərbaycan qoşunlarının guya “Ermənistan ərazisindən dərhal geri çəkilməsi” kimi fikiri səsləndirən senatorlara bir daha xatırladırıq ki, Ermənistan, Azərbaycan arasında delmitasiya və demokrasiya işləri aparılmadığı halda “Ermənistan ərazisi” ifadəsi yalan, böhtan və iftiradan başqa bir şey deyildir. Bu ifadə Beynəlxalq Hüquqa Hörmətsizlikdir.

 

Senatın bu qətnaməsi, bölgədə sülh və sabitliyə xidmət etməyəcək , bu qətnamənin adında qeyd olunan “dayanıqlı sülhün təşviq edilməsi” ideyasından çox uzaqdır. Odurki Fransa Senatı tərəfindən qəbul edilmiş bu növbəti qətnaməni qətiyyətlə rədd edir, Azərbaycan hökumətindən səfirliyin Fransadan dərhal geri çağırılmasını, Fransa ilə mövcud olan bütün siyasi, iqtisadi, mədəni əlaqələrə xitam verilməsini tələb edirik. Fransanın hər hansı bir formada Azərbaycan-Ermənistan arasındakı danışıqlarında iştirakindan qəti şəkildə imtina olunmasını istəyirik.

 

Azərbaycan Milli Məclisindən xahiş edirik; Fransanın həqiqətdən uzaq, Azərbaycana qarşı təxribat xarakterli qərəzli mövqeyini pisəyən qətnamə qəbul edilsin və Fransanın Əlcəzair xalqına qarşı törədilən qeyri – insani hərəkətlər, işgəncələr, soyqırımlar və Fransanın müstəmləkiçilik siyasəti haqqında dinləmələr keçirilsin.


Təşkilat adından, təşkilatın sədri: Faiq İsmayılov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020