Taksimdəki partlayışda bombanın yerləşdirilmə anı +VİDEO

Taksimdəki partlayışda bombanın yerləşdirilmə anı +VİDEO

Taksimdəki partlayışda bombanın yerləşdirilmə anı 

 

Terror təşkilatı PKK/YPG-nin Taksimdə İstiqlal küçəsində həyata keçirdiyi hücumla bağlı terrorçunun yeni görüntüləri üzə çıxıb.

Bomba yerləşdirən şübhəli qadının gəliş-gediş marşrutlarını qeydə alan 1200 təhlükəsizlik kamerası görüntüləri araşdırılıb.

Görüntülərdə qadının əvvəlcə Taksim meydanına doğru hərəkət etdiyi, mağazalardan birinin qarşısında skamekaya oturduğu, daha sonra isə bel çantasını orada qoyaraq ərazidən yeriyərək uzaqlaşması öz əksini tapıb.

Görüntülərdən həmçinin qadının partlayışdan dərhal sonra qaçmağa başladığı görünür.

Qeyd edək ki, sözügedən terror aktı nəticəsində 6 nəfər ölüb, 80-dən çox şəxs yaralanıb.

Həmin görüntüləri təqdim edirik:

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020