Siqaret tüstüsünün yeni zərərləri aşkarlandı

Siqaret tüstüsünün yeni zərərləri aşkarlandı

Siqaret tüstüsünün yeni zərərləri aşkarlandı 

 

Passiv siqaretə məruz qalma ağciyərlərə və digər daxili orqanlara mənfi təsir göstərir.

 

Eyni zamanda alimlər bunun dəriyə də təsir etdiyini sübut ediblər.

 

Xüsusilə, ekspertlər 22-45 yaş arası sağlam və siqaret çəkməyən on nəfəri seçib və onlardan üç saat ərzində siqaret tüstüsünün içində isladılmış paltar geyinməyi xahiş ediblər. Onlara həmçinin siqaret tüstüsünün dəri vasitəsilə bədənə daxil olması üçün qaçış cığırında 15 dəqiqə vaxt keçirmək tapşırılıb.

 

Qan və sidik nümunələri götürdükdən sonra qrup oksidləşdirici DNT zədələnməsini göstərən biomarkerlərin yüksəldiyini və qan zülal səviyyələrində dəyişikliklərin olduğunu aşkar edib.

 

“Paltardan tütün tüstüsünün təsiri ilə bağlı təcrübəmiz dərinin qıcıqlanmasına səbəb olmayıb, lakin kontakt dermatit, psoriaz və digər dəri xəstəliklərinin erkən aktivləşdirilməsi ilə əlaqəli markerlər yüksəlib”, - tədqiqat müəllifi Şeyn Sakamaki Çinq deyib.lent.az

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020