Bu qidalar dişlərə zərər verir

Bu qidalar dişlərə zərər verir

Bu qidalar dişlərə zərər verir 

 

Diş sağlamlığına yalnız şəkərli qidalar zərər vermir, çipslər də diş minası üçün təhlükəli məhsullardan biridir.

 

Bunu rusiyalı həkim Yuliya Lapuşkina deyib.

 

"Çipslər çürük bakteriyaların çoxalmasına səbəb olurlar. Böyük miqdarda sitrus meyvələri də zərərlidir. Bu onların tərkibindəki askorbin turşusunun minaya zərər verməsi və orada kiçik dəliklər əmələ gətirməsi ilə bağlıdır. Uşaqların və böyüklərin çox sevdiyi şirniyyat və digər müxtəlif şirin konfetlər dişlər üçün zərərlidir. Onların hissəcikləri minanın səthinə möhkəm yapışır, dişlərarası boşluqlarda ilişib, kariyesə səbəb olan bakteriyalar üçün ideal çoxalma zəmini yaradır”, - o bildirib.

 

Lapuşkinanın sözlərinə görə, kartof həm qaynadılmış, həm də qızardılmış halda diş minası üçün təhlükəlidir. Bu, məhsulun patogen bakteriyaların böyüməsinə səbəb olan nişasta mənbəyi olması ilə əlaqədardır.

 

Həkimin qənaətinə görə, dişlər üçün təhlükəli olan digər məhsul ətdir. Ət dişlərdə ilişib qalan çoxlu liflərə malik olduğu üçün təhlükəlidir. Buna görə də bu yeməkdən sonra ağız boşluğunun gigiyenasına diqqət edilməlidir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020