Bakıda keçirilən Dünya Kubokunun finalında Azərbaycan İranla qarşılaşacaq -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Bakıda keçirilən Dünya Kubokunun finalında Azərbaycan İranla qarşılaşacaq -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Bakıda keçirilən Dünya Kubokunun finalında Azərbaycan İranla qarşılaşacaq  -İNTİQAM təqdim edir (AZ-press.AZ)

 

Bu gün paytaxt Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokuna start verilib. Əvvəlcıdın nəzərdə tutulduğu kimi iki gün davam edəcək bu möhtəşəm turnirdə Azərbaycan da daxil olmaqla 6 komanda 2 qrupda mübarizə aparmalıydı. Turnirin A qrupunda Türkiyə, İran və Qırğızıstan, V qrupundasa ev sahibi olan Azərbaycan, Serbiya və Dünay yığma komandası yer almışdı. Serbiya komandası KOVİD-19-a yoluxma üzündən yarışa qatıla bilmədiyi üçün DK-da 5 komanda mübarizə aparmalı olub. Bu gün reqlamentə əsasən qrup qarşılaşmaları keçirilib. Qeyd edək ki, B qrupunda əsas mübarizə Azərbaycan və Dünya yığması arasında olub. Serbiya üzərində 10:0 hesablı texniki qələbə qazanan Azərbaycan komandası Dünya yığmasını yalnız xal hesabı ilə üstələyə bilib. 5:5 hesabla bitən görüşdə Azərbaycan 3 xal fərqiylə üstün olub - 22:19. Bununla da Azərbaycan komandası qrup lideri olaraq, finala yüksəlib. A qrupunda isə İran birinci yeri tutmaqla finalçı olub. Xatırladaq ki, birinci turda Türkiyəni 6:4 hesabla məğlub edən İran millisi ikinci turda isə Qırğızıstanı 8:2 hesabla üstələyib. Bu da İran millisinə qrup lideri olmaq və həlledici finalda Azərbaycanla qarşılaşmaq imkanı verib. Xatırladaq ki, Azərbaycanı bu yarışda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli, İbrahim Nurullayev (hər ikisi 55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Namaz Rüstəmov (hər ikisi 67 kq), Ülvü Qənizadə, Qurban Qurbanov (hər ikisi 72 kq), Sənan Süleymanov, Elcan Məmmədov (hər ikisi 77 kq), Rafiq Hüseynov, Nəsir Həsənov (hər ikisi 82 kq), Laçın Vəliyev, Murad Əhmədiyev (hər ikisi 87 kq), Arif Niftullayev, Zamir Maqomedov (hər ikisi 97 kq), Sabah Şəriəti və Beka Kandelakidən (130 kq) ibarət heyət təmsil edir.
Azərbaycan və İran arasındakı final qarşılaşması noyabrən 6-da saat 18:30-da Əl oyunları Sarayında baş tutacaq. Saat 17:00-da isə qrup ikinciləri arasında 3-cü yer uğrunda görüş keçiriləcək.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020