Ağcabədiyə şəhid Emin Fərzəliyevin ailəsini ziyarətə gələn, şəhid anası Gülbacı Lətifovanın minnətdarlığı Mais İbrahimov (AZ-press.AZ) +FOTO=29

Ağcabədiyə şəhid Emin Fərzəliyevin ailəsini ziyarətə gələn, şəhid anası Gülbacı Lətifovanın minnətdarlığı Mais İbrahimov (AZ-press.AZ) +FOTO=29

Ağcabədiyə şəhid Emin Fərzəliyevin ailəsini ziyarətə gələn, şəhid anası Gülbacı Lətifovanın minnətdarlığı Mais İbrahimov (AZ-press.AZ) +FOTO=29

 

Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatın qarşısını alarkən Azərbaycan Ordusu itkilər verdi. Şəhid olanlar sırasında Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, həmyerlimiz Fərzəliyev Emin Elnur oğlu da var idi. Şəhidimizin dəfn mərasimindən bu günədək yüzlərlə insan hər gün onun ailəsini ziyarət edir, valideynlərinin, yaxınlarının dərdinə şərik olurlar. Digər bölgələrimizdən gələrək mərasimə qatılan şəhid valideynləri də çoxdur və onlardan biri də Qubanın II Nügədi kəndindən olan şəhid Lətifov Eynulla Niyətulla oğlunun ailəsidir.

 

Şəhidimizin ailəsini Ağcabədiyə doğmalaşdıran ayrıca bir məqam da var... 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi Eynulla Lətifovun hərbi xidmət müddəti dövrünə təsadüf edir. O da digər mərd oğullarımız kimi döyüşlərə qatılıb. Qəhrəman əsgər əvvəlcə Füzuli cəbhəsində savaşıb. Bu döyüşdə yaralansa da savaş meydanını tərk etməyib. Cəbrayıl, Xocavənd istiqamətində qəhrəmancasına vuruşub. Oktyabrın 19-da Xocavənd rayonunda şəhadətə ucalıb.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, şəhid Eynullanın anası Gülbacı Lətifova bildirir ki, həmin günlərdə - döyüşün ağır vaxtlarında Eynullanın nəşinin təxliyyə edilib ailəsinə təhvil verilməsində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun tapşırıq və təşəbbüsü ilə yaradılan operativ qərargahın rolu danılmazdır. G.Lətifova döyüş gedən ərazilərdən şəhid və yaralılarımızın çıxarılmasında 34 nəfərdən ibarət təxliyyə qrupunun üzvlərinin çəkdikləri əziyyətin, zəhmətin danılmaz olduğunu qeyd edib. Eynulla şəhid olduqdan sonra onun üstündən çıxan, qana bulaşmış üçrəngli bayrağı götürüb saxlayaraq bir müddət sonra şəhidin ailəsinə çatdıran təxliyyə qrupunun rəhbəri Mehman Novruzovun bu addımını xüsusi vurğulayan Gülbacı Lətifova, övladının təxliyyə olunmasında göstərdikləri köməyə görə icra başçısı Rafil Hüseynov başda olmaqla, qrupun bütün üzvlərinə minnətdarlığını bildirib.

 

Hər birimizə məlumdur ki, Azərbaycan Ordusunun heç nəyə ehtiyacı yoxdur. Dövlətimiz tərəfindən yetərincə ordumuza hərtərəfli diqqət və qayğı göstərilir. Lakin buna baxmayaraq, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirən şəhid Eynullanın valideynlərinin təşəbbüsü və 2- ci Nügədi kənd sakinlərinin dəstəyi ilə bu günlərdə ordumuza qış geyimləri və digər köməklik göstərilib.

 

Şəhidlərimizin ailələrinə, onların yoxluğunu duyan hər kəsə səbr diləyirik. Allah Azərbaycan Ordusunu, Azərbaycan əsgərini qorusun!

Yaralılarımıza, qazilərimizə şəfa, şəhidlərimizə rəhmət diləyirik.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020