Rusiyada saxlanılan etirazçılara çağırış vərəqələri verildi

Rusiyada saxlanılan etirazçılara çağırış vərəqələri verildi

Rusiyada saxlanılan etirazçılara çağırış vərəqələri verildi 

 

Dünən Rusiyanın bir neçə şəhərində səfərbərliyə qarşı etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı 38 şəhər üzrə 1400-dən çox insan saxlanılıb.

“Meduza” nəşri xəbər verir ki, Moskva və Voronej şəhərlərində aksiyalar zamanı saxlanılan şəxslərə hərbi komissarlıqlar tərəfindən çağırış vərəqələri verilib.

Məlumata görə, saxlanılanlardan biri çağırış vərəqəsini imzalamaqdan imtina etdiyinə görə onu cinayət işi ilə hədələyiblər.

Bildirilir ki, Voronejdə 8 saylı polis bölməsində də saxlanılan aksiya iştirakçılarına çağırış vərəqələri verilib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020