Sehran YƏDULLAOĞLU: Payız nəğmələri

Sehran YƏDULLAOĞLU: Payız nəğmələri

Sehran YƏDULLAOĞLU: Payız nəğmələri

 


(Miniatür)

 

Xoş gəldin ömrümüzə, qızılı payız! Rənglər dünyasında uyuyan payız. Sənin təbiətdə rəngin niyə sarıdır, ay payız? Xiffətdənmi, dərd-qəmdənmi saralıbsan, payız? Sanki sən də insanların qəm yükünü daşıyırsan çiyinlərində. Kövrək payız nəğmələrinə bürünüb ana təbiət. Gör necə yağış yağır ormanlara, dağlara, dərələrə. Hər tərəf payız yağışlarına bürünüb. Gəlişiylə quşlar da köç edir qatar-qatar. Beləcə təbiət bürünür payız libasına.
Dərd çəkmə, payız. Axı, sən bolluq, bərəkət fəslisən. Gör neçə növ meyvənin yetişən fəslisən, anısan. Xeyirin var, dəyərin var sənin ana təbiətdə.
Əsən küləyin vıyıltısından, yağan yağışın nur damcısından eçidilir payız nəğmələri. Payız dərdləşməyə gəlib sanki bizimlə. Sərinliyin qədər dərinsən, müdriksən, ay payız.
Sən toy-büsatın anısan, tacısan. Mahnıda deyildiyi kimi:”Payızda köçən qızlar baharda ana olur”. Beləcə nəğmələrinlə bəzə ömrümüzü. Sənin nəğmələrin ruhumuza mənəvi qidadır. Axı, hər nəğməndə bir hekayə, bir səbəb var.
Sənin nəğmələrin ürəyin incə tellərini titrədir. Bu nəğmələrinlə bəlkə bir kövrək qəlbi ovuda bildin.
Fikirsiz, qəmsiz yaşamaq çətindir, çətin. Hərənin qəlbində bir sevda var. Kimdə yaz, yay duyğusu, kimdəsə payız-qış sevgisi.
Fəsillərə nə var ki? İllər sürətlə ötür. Yaş üstə yaş gəlir. Əzəldən belədir gərdişi dövranın. Birini itirəndə, digərini tapırsan.
Payız da elə bu bilgiləri bildirir hərəkətləriylə. Beləcə payız nəğmələrinin ovqatına köklənir ruhumuz...

 

Sehran YƏDULLAOĞLU,
Lənkəran.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020