Əsirlikdən azad edilən zabitləri Ərdoğan qoruyacaq

Əsirlikdən azad edilən zabitləri Ərdoğan qoruyacaq

Əsirlikdən azad edilən zabitləri Ərdoğan qoruyacaq 

 

Ötən gün Rusiya ilə əsir mübadiləsi zamanı dəyişdirilən 5 ukraynalı zabit müharibə bitənə qədər ölkəyə qayıtmayacaq.

 

Bunu xalqa videomüraciətində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

 

“200 əsgərdən əlavə, daha beş döyüş komandirini geri qaytardıq. Bunlar beş superqəhrəmandır. Onların müqabilində nə rəhm etməyə, nə rəğbətə, nə də heç bir sözə layiq olmayanlardan 55-ni verdik” - Prezident deyib.

 

Zelenskinin sözlərinə görə, Ukrayna Türkiyə ilə razılaşıb ki, azad edilən komandirlər müharibənin sonuna qədər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi himayəsində olacaqlar.

 

“Bu barədə Prezident Ərdoğanla danışdım ki, əsirlikdən azad edilən 5 komandirimiz tam təhlükəsiz, rahat şəraitdə və Türkiyə Prezidentinin şəxsi himayəsində olacaq. Hələlik müharibənin sonuna qədər. Lakin biz onların ailələrinə onları görmək imkanı verəcəyik”, - deyə dövlət başçısı vurğulayıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020