Şərqin Konservatoriyası sayılan Şuşa şəhərində konsert keçirildi +FOTO=10

Şərqin Konservatoriyası sayılan Şuşa şəhərində konsert keçirildi +FOTO=10

Şərqin Konservatoriyası sayılan Şuşa şəhərində konsert keçirildi

 

20 sentyabr 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı və "Şuşa ili" çərçivəsində Şərqin Konservatoriyası sayılan Şuşa şəhərində konsert keçirildi.

 

Öncə Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın, Bülbülün güllələnmiş heykəllərinin qarşısına tər çiçəklər düzüldü və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərindəki xüsusi nümayəndəsi Aydın Kərimov bütün qonaqları salamlayaraq, qala-şəhərdə bu kimi möhtəşəm tədbirlərin keçirilməsinin qürurverici olduğunu vurğuladı və konserti açıq elan etdi.

 

Dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəli önündə keçirilən konsertə öncə bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Xalq Çalğı Alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" operası ilə başlanıldı. Ardınca solist tanınmış tarzən Saib Paşazadənin ifasında S.Ələsgərovun Tar və orkestr üçün 2 saylı konsert, Niyazinin "Qaytağı", solist görkəmli pianoçu, Azərbaycan və SSRİ-nin Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin ifasında F.Əmirov- Ə.Nəzirovanın piano və orkestr üçün Ərəb mövzuları əsasında konserti səsləndirildi.

 

Şuşada keçirilən parlaq konsert dinləyicilərin böyük marağına səbəb olaraq, gurultulu alqış sədaları altında başa çatdı.

 

Qeyd edək ki, konsertdə qonaq qismində Azərbaycan SSR-in Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, tanınmış pianoçu Murad Adıgözəlzadə və bir çox incəsənət nümayəndələri iştirak edirdilər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020