Masallıda 44 gün - Tarixi zəfər adlı üç­cild­li­yin ilk cildinin təqdimatı Akif Ağayev (AZ-press.AZ) +FOTO=9

Masallıda “44 gün - Tarixi zəfər” adlı üç­cild­li­yin ilk cildinin təqdimatı Akif Ağayev (AZ-press.AZ) +FOTO=9

Masallıda “44 gün - Tarixi zəfər” adlı üç­cild­li­yin ilk cildinin təqdimatı  Akif Ağayev (AZ-press.AZ) +FOTO=9

 

   Masallı rayonunda, Mədəniyyət Nazirliyi Respublika “Xatirə Kitabı” redaksiyası tərəfindən hazırlanan Vətən mü­haribəsində şəhid olanların adlarının və xatirələrinin əbədiləş­di­rilməsi üçün “44 gün – Tarixi zəfər” adlı üç­cild­li­yin birinci cildinin təqdimat mərasimi keçirilib.

Sentyabrın 21-də Masallı rayonu Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzindəki təqdimatda Cəlilabad, Yardımlı və Masallı rayonlarından olan şəhid ailələri, jurnalistlər iştirak edib.

Təqdimat öncəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Mərasimi açıq elan edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov nəşrin bugünkü dönəmdə əhəmiyyətliliyini vurğulayıb. O, rəhbərlik etdiyi idarə tərəfindən şəhidlərimizin xatirəsinin yad edilməsi yönümündə həyata keçirilən layihələrdən, tədbirlərdən bəhs edib, redaksiyanın işinə uğurlar arzulayıb.  

Sonra Respublika “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın, yazıçı-publisist Rafael Tağızadənin, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Meyxoş Abdullahın çıxışları dinlənilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən redaksiya Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Ölkəmizin ictimai-siyasi və mədəni həyatında çox nəcib və müqəddəs bir missiya yerinə yetirən redaksiya bu gün ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.

Qeyd olunub ki, kitabın birinci cil­dində (“A-Ə” hərfləri üzrə) min nə­fə­rə yaxın döyüşçü – Aprel döyüş­lə­rində və Tovuz hadi­sə­lərində, həmçinin Və­tən müharibəsin­də şəhid olmuş şəxslər barədə en­siklopedik məlumat ve­rilib. Bu vaxta qədər Mədəniyyət Nazirliyi Respublika “Xatirə Kitabı” redaksiyasında İkinci Dünya mü­haribəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xo­calı soy­qı­rı­­mı, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azad­lığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətən­daş­larımız, Milli Qəhrə­man­la­rımız haqqında əhatəli materiallar əldə edilərək bir sıra kitablar nəşr edilib. Bütünlükdə bu şəxslərin adlarının əbədiləşdiril­məsi Respublika “Xatirə Kitabı” redaksiyasının üm­də işidir və re­dak­siya hazırda bu istiqamətdə araşdırma işlərini davam etdir­mək­dədir.

Çıxışlarda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə Ordumuzun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edildiyi, qazanılan şanlı Qələbədə Vətən uğrunda canını fəda edən oğullarımızın Azərbaycan tarixinə misilsiz qəhrəmanlıq səhifələri yazdıqları vurğulanıb.   

Masallı rayonunun Viləş kəndindən olan, iki şəhid anası Ziba Əsgərli redaksiya heyətinə, nəşrin ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlıq bildirib: ”Təsəlli tapırıq ki, oğullarımız yaşayır, unudulmur...”  Şəhid ailələrinə “44 gün – Tarixi zəfər” adlı üç­cild­li­yin  birinci cildi təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

 

Akif AĞAYEV,

foto: Elsevər Əliyev.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020