Bakı Uşaq və Gənclər Teatrı yeni teatr mövsümünün açılışını keçiriləcək

Bakı Uşaq və Gənclər Teatrı yeni teatr mövsümünün açılışını keçiriləcək

Bakı Uşaq və Gənclər Teatrı yeni teatr mövsümünün açılışını keçiriləcək 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı yeni teatr mövsümünün açılışını 27 sentyabr 19:00-da keçirməyi planlaşdırır. Açılış R.Behbudov adına Mahnı Teatrında keçiriləcək.
Torpaqlarımızın azadlığı uğrunda öz canından, qanından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə ithaf olunmuş tamaşanın müəllif və rejissoru İlhamə Əhmədovadır. 
II Qarabağ müharibəsində baş vermiş hadisələrdən qaynaqlanıb. 
Ailəsinin qürurla döyüşə  yola saldığı qəhrəmanımız üçün keçirdikləri narahatlıq tamaşada öz əksini tapıb. Şəhid qəhrəmanın 2 övladı öz babalarından atalarının cənnətdə olduğunu eşidirlər. Amma uşaq təfəkkürləri ilə "bilet alaraq cənnətə gedib" ataları ilə görüşməyin mümkünlüyünü düşünürlər. Bunun üçün atalarının yanına getməyə bilet almaq üçün  pul yığırlar. 
Bir ailənin timsalında hər birimizin qələbə üçün keçirdiyimiz sevinc,  müharibədəki şəhid olan oğulllarımızçün keçirdiyimiz qürur dolu kədər öz əksini tapıb.
 Tamaşada həyat reallıqlarından, dövlət başçısının həmin günlərdə televiziya vasitəsi ilə xalqa müraciətlərindən və qələbə müjdəli çıxışlarından istifadə olunmuşdur.
Rəssam Sevda Məmmədova, musiqi tərtibatı Rauf Huseynli, rollarda baba - Mehman Piriyev, nənə - Flora Hüseynova, şəhid – Röyal Allahverdiyev ( II Qarabağ müharibəsi iştirakçısı), gəlin – Türkan Şahmarlı, uşaqlar – Toğrul İsabəyli və Əli Babayev.

 

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020