Özbəkistan nümayəndə heyəti Maddi-Texniki Təminat Baş İdarəsində olub +FOTO=4

Özbəkistan nümayəndə heyəti Maddi-Texniki Təminat Baş İdarəsində olub +FOTO=4

Özbəkistan nümayəndə heyəti Maddi-Texniki Təminat Baş İdarəsində olub 

 

Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Müdafiə Nazirliyinin maddi-texniki təminat üzrə nümayəndə heyəti ilə görüşüb.

 

General-leytenant N.Osmanov qonaqları salamlayaraq Azərbaycan ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini xüsusi vurğulayıb.

 

Ölkəmizə səfərdən məmnunluğunu ifadə edən qonaqlar Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirib.
Görüşdə ölkələrimiz arasında maddi-texniki təminat sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, maraq doğuran məsələlər müzakirə olunub.

 

Sonda nümayəndə heyəti Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarı, eləcə də tank təmiri zavodunu ziyarət edərək burada görülən işlərlə tanış olublar.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020