Lənkəranda Vətən müharibəsi şəhidi Rəşid Məmmədovun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub- AZ-press.AZ, Ağaddin Babayev+FOTO=9

Lənkəranda Vətən müharibəsi şəhidi Rəşid Məmmədovun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub- AZ-press.AZ, Ağaddin Babayev+FOTO=9

Lənkəranda Vətən müharibəsi şəhidi Rəşid Məmmədovun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub-AZ-press.AZ, Ağaddin Babayev+FOTO=9

 

Sentyabrın 16-da Lənkəran rayonunun Sütəmurdov kəndində şəhid Rəşid Rəşad oğlu Məmmədovun xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı keçirilib.
AZpress.AZ xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra strukturlarının nümayəndələri, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak ediblər. Bulaq kompleksinin açılış lentini İcra başçısı T.Qaraşov və şəhidin atası Rəşad Məmmədov birgə kəsiblər.
Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən İcra başçısı Taleh Qaraşov bildirib ki, şəhid ailələrinə xüsusi qayğı və diqqətin göstərilməsi, eyni zamanda Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi daim cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.
“Dövlətimiz bütün vətəndaşlarına sahib çıxır, onların hüquqlarının qorunması, bərpası və təmin olunması istiqamətində lazımi tədbirləri görür” deyən Taleh Qaraşov sentyabrın 12-i gecə, 13-ü səhər saatlarında Ermənistan ordusu tərəfindən törədilən təxribatlar barədə də söz açıb. Bildirib ki, sərhədlərimizin qorunması uğrunda həlak olan  vətəndaşlarımızın qisası alınıb. Sözügedən təxribatlar zamanı bir Lənkəran sakininin də şəhid olduğunu vurğulayan İcra başçısı şəhid valideynlərinə, onların ailə üzvlərinə, habelə Lənkəran ictimaiyyətinə başı dik, vüqarlı duruşları, qətiyyətli mövqeləri ilə dövlətin yanında olduqları üçün təşəkkürünü çatdırıb.
Şəhid atası Rəşad Məmmədov çıxışında bildirib ki, şəhidlərimizin qanının yerdə qalmaması bütün şəhid valideynlərinin arzusudur. “Bu, hər bir şəhid valideyninin təsəllisidir” deyən R.Məmmədov şəhid valideynlərinin və ailə üzvlərinin acısını yaxından hiss edən Ali Baş Komandan İlham Əliyevin qətiyyətli duruşu ilə şəhidlərimizin qisasının alınmasına göstəriş verməsinin onlar üçün heç nə ilə müqayisə oluna bilinməyəcəyini vurğulayıb.
Çıxışlardan sonra Sütəmurdov kənd tam orta məktəbinin şagirdlərinin ifasında şəhidlərimizə həsr olunan şerlər səsləndirilib. 
Daha sonra İcra başçısı Taleh Qaraşov və ictimaiyyətin nümayəndələri Sütəmurdov kənd qəbiristanlığında şəhidlərin məzarlarını ziyarət edərək, məzarları önünə tər çiçəklər düzüb, ruhlarına dualar ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rəşid Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020