Osman Gündüz: Bir bürünc medal...

Osman Gündüz: Bir bürünc medal...

Osman Gündüz:  Bir bürünc medal...

 

Beylnəlxalq İnformatika Olimpiadasında Ramin Mahmudzadənin xatirəsi ehtiramla anılıb.
Məktəblilərimiz bir bürünc medal qazanıb.
İndoneziyada keçirilən 34-cü Beylnəlxalq İnformatika Olimpiadası bu gün başa çatıb.
90 olkənin nümayəndələrinin qatıldığı bu nüfuzlu olimpiadanın bu gün bağlanış mərasimi keçirilib.
Yogyakarta şəhərində təşkil olunan bu mötəbər tədbirdə bir neçə gün öncə dünyasını dəyişən, Beynəlxalq İnformatika Olimpiadasında xeyli müddət Azərbaycanı təmsil edən, informatikanın inkişafına ciddi töhfə verən Ramin Mahmudzadənin də xatirəsi ehtiramla anılıb.
Ötən olimpiadalardan fərqli olaraq Azərbaycan məktəbliləri bu olimpiadada cəmi bir bürünc medal qazanıb.
Məktəblimiz Səid Nəsibov 163 bal toplamaqla 168-ci yeri qazanaraq bürünc əldə edə bilib.
Ölkəmizin informatika komandasının bu nəticəsini elə də uğurlu hesab etmək olmaz.
Ötən il komandamız iki bürünc, 2020-ci ildə isə üç bürünc medal qazanmışdılar.
Komanda hesabı üzrə toplanan balları illər üzrə müqayisə etdikdə nəticələrin ilbəil aşağı düşdüyünü müşahidə edirik.
Maraqlıdır ki, bu il, hətta 600 mümkün baldan olduqca az nəticə göstərənlərimiz də ( cəmi 20 bal) olub.
Görəsən TN tərəfindən bir il ərzində xeyli resurslar ayrılmasına, olimpiadaya hazırlıqla bağlı xüsusi Mərkəz formalaşdırılmasına baxmayaraq nəticələrin zəifləməsinin səbəbi nəylə bağlı olub.
Nə üçün qalib gələn şagirdimiz adı çəkilən Olimpiada Hazırlıq Mərkəzinin hazırlaşdırdığı məktəbli deyil, tam fərqli bir məktəbin, Müasir Təhsil Kompleksinin müstəqil hazırlaşan məktəblisi olub?
Əgər belədirsə, onda TN-nin və sponsorun bu qədər resurslar ayırmasının nə mənası oldu.
Maraqlıdır ki, həm də nədənsə ölkədə daha güclü hesab olunan məktəblilərimiz, məsələn respublika oluimpiadasının qalibi Xizri Saxrayev bu olimpiadada iştirak etməyib. Görəsən seçimlər hansı prinsiplə olub.
Ümid edirəm bütün bu suallara TN aydınlıq gətirəcək.
Yeri gəlmişkən, qonşu ölkələrin nəticələrinə nəzər salanda görmək olar ki, onlar daha ciddi hazırlıqlar ediblər, daha uğurlu nəticələr qazanıblar.
Azərbaycanın 90 ölkə içərisində ümumi hazırlıq göstəricisi də 69- cu yerdə olmaqla elə də uğurlu hesab oluna bilməz.
Beylənlxalq İnformatika Olimpiadasının bu dəfəki qalibləri də, həmişə olduğu kimi, Çin, Yaponiya, ABŞ və Kanada məktəbliləri olub. Ukrayna məktəbliləri də bu dəfə xeyli fərqləniblər.
Əslində ən yüksək bal toplayanların elə hamısının Çin ölkəsi olduğunu da demək olar, çünki başqa ölkələr qeyd olunsa da siyahıdan görünür ki, qaliblər elə çinlilər olub

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020