Dövlət, özəl sektor və vətəndaş cəmiyyəti əməkdaşlığı: problemlər və həlli yolları mövzusunda dəyirmi masa keçirildi +FOTO=7

“Dövlət, özəl sektor və vətəndaş cəmiyyəti əməkdaşlığı: problemlər və həlli yolları” mövzusunda dəyirmi masa keçirildi +FOTO=7

“Dövlət, özəl sektor və vətəndaş cəmiyyəti əməkdaşlığı: problemlər və həlli yolları” mövzusunda dəyirmi masa keçirildi 

 

29 iyul 2022- ci il tarixində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID), ABŞ-ın FHI360 təşkilatının, “MG Consulting”in maliyyələşdirdiyi, Dövlət Vergi Xidmətinin təşkilati dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyinin icra etdiyi Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində Bakı şəhərində “Dövlət, özəl sektor və vətəndaş cəmiyyəti əməkdaşlığı: problemlər və həlli yolları” mövzusunda dəyirmi masa keçirilmişdir. Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva tədbirin açılışı zamanı bildirdi ki, dəyirmi masanın keçirilməsin də əsas məqsəd dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin əməkdaşlığı sahəsindəki mövcud problemləri birgə müzakirəsi, həmin problemlərin aradan qaldırılması üçün bu istiqamətdə şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və qaunvericilik bazasının təşmilləşdirilməsini təmin etmək məqsədilə fəaliyyətlərin həyata keçirilməsindən ibarətdir.

 

Dəyirmi masa iştirakçılarına və ictimaiyyətə layihə çərçivəsində aparılmış araşdırmar və onun nəticələri
barəsində hesabat təqdim olundu. Təqdimatdakı statistik məlumatlardan məlum oldu ki, nəticə etibrilə
adıçəkilən sahədə hələ də müəyyən problemlər var və bu problemlərin aradan qaldırılmsı üçün birgə
əməkdaşlığın genişləndirilməsinə və qanunvericilik çərçivəsində zəruri işlərin görülməsinə böyük ehtiyac
var.

 

Dəyirmi masada Dövlət Vergi Xidməti, Dövlət Məşğulluq Agentliyi, Mədəniyyət Nazirliyi, Hesablama
Palatası, DİM, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Azərbaycan
Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi və bir çox dövlət qurumları,
müstəqil ekspertlər, ABB, Kapitalbank, Rabitəbank, Ekvita Consulting LLC, MG Consulting, MARSOL
MMC, OKUKLU Holding və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak etdilər. Dəvətlilərin çıxışlarından sonra geniş ümumi müzakirələr aparıldı, problemlərin həlli yollarıyla bağlı təkliflər verildi.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020