H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri yekunlaşır (+FOTO=12, +VİDEO)

H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri yekunlaşır (+FOTO=12, +VİDEO)

H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri yekunlaşır (+FOTO=12, +VİDEO)

 

Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri yekunlaşdırma mərhələsindədir.

 

H.Z.Tağıyev – Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13.7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-26 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndirilib.

 

Görülən işlər çərçivəsində marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının və yol əsasının inşası, geriyə dönmə hissələrin işlənməsi, yolun yaşayış məntəqəsi daxilindən keçən hissəsində piyada səkilərinin və yeni işıqlandırma sisteminin yaradılması, yolayrıcına dəmir-beton maneələrin düzülməsi işləri artıq yekunlaşıb.

 

Layihə üzrə nəzərdə tutulan və yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının və beton aşırımların inşası, yolun digər hissəsində genişləndirilmə ilə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi işləri də artıq bitib.

 

Sadalanan işlərlə yanaşı H.Z. Tağıyev-Sumqayıt avtomobil yolunda metal konstruksiyalı yeni piyada keçidinin inşası da yekunlaşıb. Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz keçməsini təmin etmək istiqamətində yerüstü piyada keçidi yolun 3.8-ci km-də inşa edilib. Keçidin uzunluğu 30, eni isə 3.5 metrdir.

 

Hazırda layihə boyu son mərhələ üzrə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

 

Asfaltlanma işləri bitəndən sonra çiyin hissələrin bərkidilməsi, üfiqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması ilə yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

 

Görülən işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yüksək keyfiyyətlə Agentliyin rəhbərliyinin nəzarəti altında aparılır. Layihənin nəzərdə tutulmuş müddət ərzində icra olunaraq yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb olunub.

YOLUNUZ AÇIQ OLSUN...

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020