CinemaPlus-da "Milli kino günü" qeyd olunub (VİDEO-FOTO)

CinemaPlus-da "Milli kino günü" qeyd olunub (VİDEO-FOTO)

2 avqustda bütün kinematoqrafiya sahəsində çalışanların peşəkar bayramı olan “Milli Kino Günü”dür.

“CinemaPlus Amburan Mall” premium kinoteatrda açıq səma altında “Olimpia” Azərbaycan filminin bu bayrama həsr olunan tədbiri keçirilib. Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasının ekran işi idman melodram janrındadır.

Tədbirin fəxri qonaqları arasında Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, o cümlədən məşhur boksçular da olub:

-  Fərhad Acalov – Müstəqil Azərbaycanın boks üzrə ilk dünya çempionu. Əməkdar İdman ustası, Əməkdar məsqçi.

-  Fuad Aslanov –Afina yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. Əməkdar İdman ustası, Əməkdar məsqçi.

-  Şahin İmranov - Pekin yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. Əməkdar İdman ustası, Əməkdar məsqçi.

-  Sahib Bağırov – Dünya Avropa Mükafatçısı.

-  Qalib Əbiyev - Azərbaycan çempionu. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdmanın təkmübarizlik növləri kafedrasının müdiri, fəlsəfə doktoru, professor, beynəlxalq dərəcəli hakim.

-  Vahid Vəliyev - Azərbaycan Respublikasının Əməkdar məşqçisi, SSRİ idman ustası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının baş müəllimi, kafedrasının dosenti.

Filmin rejissoru və prodüseri Əli-Səttar Quliyev, ssenari müəllifli Rüstəm Babazadə, təsvir rejissoru Nadir Mehdiyev, ikinci rejissoru Akif Rüstəmov, rəssamı Arif Niftiyev, bəstəkarı Roman Şulqa, icraçı prodüseri Tərlan Babayev, səs rejissoru isə Teymur Kərimovdur.

Rollarda: Qurban Ismaylov, Kəmalə Israfilova, Vidadi Həsənov, Mabud Məhərrəmov, Həcı Ismayılov, Rasim Cəfər, Günel Məmmədova, Azər Aydəmir, Vüsal Hacıqədir və Şamil Süleymanov. 

Film haqqında qısa məlumat: Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSSRi paytaxtı olan Moskva şəhərində başlamış, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam etdi və uzaq Kubada sona çatmışdır. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov çoxdan peşəkar idmandan uzaqlaşaraq doğma qəsəbəsində sakit bir həyat yaşayır. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi dərsini apaprır, tez-tez radio dinləyir və boş vaxtlarını həmkarları - ən yaxın dostları Valeh və Dadaşla keçirir. Dostlar hər şənbə-bazar günlərini qəsəbədən bir az aralıqda yerləşən gölün sahilində balıq tutaraq, şən zarafatlar edərək, ev çaxırırından içərək həyatlarından həzz alırlar.  Lakin hər axşam İlqar evə tək qayıdır, çünki şən olmasına baxmayaraq o tənha bir insandır. Nə ailəsi, nə uşaqı, nə gələcəyə bir baxışı, planları, inamı…Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir.

Qeyd etmək istərdik ki, Əli-Səttar Quliyevin “Olimpia” filmi Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalının “Rusiya – İslam dünyası” müsabiqə proqramına dəvət alıb.

Tədbirin təşkilində “FRYDAY Burgers & Fries”, foto və video “Light in Black” kreativ şirkəti, Azərbaycan Peşəkar Boks Federasiyası və Karapapak Fight Club & Promotion.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sizi sevindirməyə hazırdır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020