Paralimpiyaçılarımız Intercontinental Challenger də 3 bürünc medal qazanıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Paralimpiyaçılarımız “Intercontinental Challenger”də 3 bürünc medal qazanıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Paralimpiyaçılarımız “Intercontinental Challenger”də 3 bürünc medal qazanıblar  - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) boccia idman növü üzrə milli komandasının üzvləri Sona Ağayeva (BC2), Nərmin Ağayeva (BC4) və Bəhruz Mirzəyev (BC4) Niderlandın Veldhoven şəhərində keçirilən “Intercontinental Challenger” turnirində uğurla çıxış ediblər. ARMPK-dən verilən məlumata görə adıçəkilən hər 3 təmsilçimiz bürünc medalını qazanıb.

Qeyd edək ki, yarış Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.
Daha bir təmsilçimiz - Xəyal İslamov (BC4) finala çıxıb. Az sonra o da öz rəqibi ilə qarşılaşacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020